Üzvlük


Üzv olmaq üçün prosedur qaydaları…

Ərizə forması

TƏLƏBLƏR:

  • · Azərbaycan vətəndaşı olmalı;
  • · 18-35 yaş həddi olmalı;
  • · Azərbaycan dilini bilməli;
  • · “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin (bundan sonra Birlik) Nizamnaməsini qəbul etməli.

Yuxarıdakı tələblər Sizə uyğun gəlirsə və Birliyin Nizamnaməsini qəbul edirsinizsə bu halda ərizə formasını tam şəkildə dolduraraq, mövzu yerində “YENİ ÜZV” sözünü yazaraq office@bf-az.org elektron poçt ünvanına göndərin.

Birliyin tam üzvlük statusunu əldə etmək üçün Birlik Sizə iki ay müddətində Birliyin işində özünüzü doğrultmaq üçün imkan verir. Bu müddət ərzində Sizlər Birliyin işində (tədbirlərində, aksiyalarında və ofis daxili işlərində) fəal olmalı və öz təşəbbüskarlığınızı göstərməlisiniz.

İki ay müddətində Birliyə göndərilmiş ərizələr Birliyin İdarə Heyyətinə təqdim edilir. Hər bir ərizəçinin ərizəsinə ayrı-ayrılıqda baxılır və qərar verilir.

QeydBirliyin icraçı heyyətinin rəyi idarə heyyətinin qərarı zamanı nəzərə alınır.

Növbəti 10 gün ərzində Birliyə müraciət etmiş hər bir ərizəçi üzv seçilib seçilmədiyi haqqında elektron poçt vasitəsi ilə məlumatlandırılır. Seçilməyən üzvlərə idarə Heyyətinin növbəti görüşənədək, yəni iki ay müddətinə özlərini doğrultmaq üçün imkan verilir.

Erizəçi idarə Heyyəti tərəfindən seçildiyi təqdirdə Birliyin üzvlük statusunu əldə etmiş olur. “Gələcəyə Körpü” Gənclər ictimai Birliyinin idarə heyyətinin 28 Yanvar 2006-cı il tarixində çıxardığı qərarına əsasən Birliyə aylıq üzvlük haqqı aşagıdakı meyyarlarla müəyyənləşdirilib:

  1. İşlə təmin olunmuş gənclər 2 AZN;
  2. İşlə təmin olunmamış gənclər isə 1 AZN ödəməlidirlər.

Qeyd: Birliyə qəbul olunacaq təzə üzvlər üzvlük haqqının iki ayını qabaqacadan ödəməlidirlər.

Siz təşkilata üzv kimi qəbul oduğunuz təqdirdə nə əldə etmiş olursunuz:

  • · Birliyin daxili seçkilərində səs vermək hüququ;
  • · Birliyi yerli və beynəlxalq (Azərbaycanda və digər Dünya ölkələrində) tədbirlərdə təmsil etmək hüququ;
  • · Birliyin həyata keçirdiyi layihə və proqramlarda bir başa iştirak etmək hüququ;
  • · Birliyin electron şəbəkələrinə üzv olmaq və oradan mütamadi olaraq yeni məlumatlar və xəbərlər almaq hüququ;
  • · Və nəhayət Birliyin vasitəsi ilə öz təklif və təşəbüslərini həyata keçirmək imkanı!

Ərizə forması