Üzvlüklə bağlı suallar


Sual 1: Birliyə kimlər və necə üzv ola bilər?

Cavab: Aşağıdakı tələblərə cavab verən şəxslər Birliyin üzvü ola bilərlər:

  • · Azərbaycan vətəndaşı olmalı
  • · 18-35 yaş həddi olmalı
  • · Azərbaycan dilini bilməli
  • · Birliyin Nizamnaməsini qəbul etməli Yuxarıdakı tələblər Sizə uyğun gələrsə və Birliyin Nizamnaməsini qəbul edirsinizsə bu halda Birliyin üzvlüyünə müraciət etmək üçün tərtib edilmiş ərizə formasını tam şəkildə doldurub, mövzu yerində “YENİ ÜZV” sözünü yazaraq office@bf-az.org elektron poçt ünvanına göndərin və yaxud Biliyin ofisinə təqdim edin. Ərizə formasını Birliyin elektron səhifəsindən ( www.bfngo.az ) və ya Birliyin ofisinə müraciət etməklə əldə edə bilərsiniz.

Birliyin tam üzvlük statusunu əldə etmək üçün Birlik sizə iki ay müddətində Birliyin işində özünüzü doğrultmaq üçün imkan yaradır. Bu müddət ərzində Sizlər Birliyin işində (tədbirlərində, aksiyalarında və ofis daxili işlərində) fəal olmalı və öz təşəbbüskarlığınızı göstərməlisiniz. İki ay müddəti bitdikdən sonra hər bir fəal müraciətçi Birliyin İdarə Heyyəti tərəfindən ayrı ayrılıqda müsahibə edilir və müsahibənin naticələri əsasında İdarə Heyəti qəbul edilib edilmədiyi haqqında qərar verilir.

Qeyd: Birliyin icraçı heyyətinin rəyi idarə heyyətinin qərarı zamanı nəzərə alınır. Növbəti 10 gün ərzində Birliyə müraciət etmiş hər bir ərizəçi üzv seçilib seçilmədiyi haqqında elektron poçt vasitəsi ilə məlumatlandırılır. Seçilməyən üzvlərə İdarə Heyyətinin növbəti görüşünədək, yəni iki ay müddətinə özlərini doğrultmaq üçün imkan verilir.

Ərizəçi Idarə Heyyəti tərəfindən seçildiyi təqdirdə Birliyin üzvlük statusunu əldə etmiş olur.

Sual 2: Birliyin tam hüquqlu üzvü olduqdan sonra hər hansı üzvlük haqqı ödənilirmi?

CavabBirliyin Idarə Heyyətinin 28 Yanvar 2006-cı il tarixində çıxardığı qərarına əsasən Birliyə aylıq üzvlük haqqı aşağıdakı meyarlarla müəyyənləşdirilib:

  1. İşlə təmin olunmuş gənclər 2 AZN;
  2. İşlə təmin olunmamış gənclər isə 1 AZN ödəməlidirlər.

Qeyd: Birliyə qəbul olunacaq təzə üzvlər üzvlük haqqının iki ayını qabaqcadan ödəməlidirlər

Sual 3: Birliyin üzvlük statusunu əldə etmiş gənc nə əldə etmiş olur?

Cavab:

  • · Birliyin daxili seçkilərində səs vermək hüququ;
  • · Birliyi yerli və beynəlxalq (Azərbaycanda və digər Dünya ölkələrində) tədbirlərdə təmsil etmək hüququ;
  • · Birliyin həyata keçirdiyi layihə və proqramlarda bir başa iştirak etmək hüququ;
  • · Birliyin elektron şəbəkəsinə üzv olmaq və mütəmadi olaraq yeni məlumatlar və xəbərlər almaq hüququ;
  • · Və nəhayət Birliyin vasitəsi ilə öz təklif və təşəbbüslərini həyata keçirmək imkanı