"Gələcəyə Körpü" GİB regionlarda şagirdlər üçün robototexnika mühəndisliyi təlimlərinin icrasına start verib.


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Gəncə, Şəmkir və Qazax rayonlarında “Region gəncləri üçün robotexnika mühəndisliyi təlimləri” layihəsinə start verildi.

            Layihənin əsas məqsədi Gəncə, Şəmkir və Qazax rayonlarında yerləşən tam orta məktəb şagirdləri (VI - VIII-ci siniflər) təlimlər çərçivəsində robotların dizayn edilməsi, qurulması, idarəedilməsi metodlarını və informasiya emalı üçün yaradılan komputer sistemlərini mənimsəyəcəklər.

            Təlimlər çərçivəsində şagirdlər robotların dizayn edilməsini, qurulmasını, idarəedilməsi metodlarını və informasiya emalı üçün yaradılan komputer sistemlərini mənimsəyəcəklər. Tədris ediləcək proqramda şagirdlər bu sahə üzrə ilkin təəssürat və məlumata sahib olacaqlar.

            Layihə çərçivəsində ilk təlim kursu 7 dekabr  2019-cu il tarixində Gəncə şəhəri Mehdi Mehdizadə adına 4 nömrəli orta məktəbin şagirdləri üçün həyata keçirildi.

            Qeyd edək ki, layihə 4 ay müddətində davam edəcək.

 

 

Hörmətlə,

 

Şamil Möyləyev

 

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü" Gənclər Birliyi

 


10.12.2019 13:38