Gəncədə Erasmus+ proqramı çərçivəsində MASTERCLASS təlim icra olunur.


Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Erasmus+ proqramı çərçivəsində 9-14 dekabr 2019-cu il tarixlərində Gəncə şəhər “Gənclər Evində”  “Gənclərin məşğulluq, sahibkarlıq təhsili və icma inkişafı Resurs Mərkəzi” layihəsi çərçivəsində “MASTERCLASS TƏLİMİ”nə start verdi.

            Təlimçi Toğrul Ələkbər tərəfindən keçirilən təlim kursunun əsas məqsədi “MASTERCLASS” a seçilən iştirakçılara fəal vətəndaşlıq, icma inkişafı, kariyera quruculuğu, CV hazırlanması, bazar araşdırması və marketinq, gənclərin ehtiyacları və imkanları mövzularında təcrübə qazandırmaqdır.

Təlim kursu çərçivəsində iştirakçı gənclər Gənclər Mərkəzinin təsisi planları və icrası kimi mövzular üzrə nəzəri və praktiki təcrübə əldə edəcək, şəxsi və peşəkar inkişaflarını artıracaq, peşəkar ekspertlər tərəfindən yönləndiriləcək və Resurs Mərkəzində təcrübə əldə etmək şansı əldə edəcəklər.

Hörmətlə,

 

Şamil Möyləyev

 

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü" Gənclər Birliyi

 


12.12.2019 14:15