“Gənclər Fəaliyyətdə - Mədəniyyətlərarası öyrənmə ən yaxşı təzahürdə”


Keçirilmə tarixi: 
07.12.2013
Yer: 
Gəncə şəhəri

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Gəncə şəhərində 7-15 dekabr 2013-cü il tarixlərini əhatə edən  “Gənclər Fəaliyyətdə - Mədəniyyətlərarası öyrənmə ən yaxşı təzahürdə” adlı Beynəlxalq layihə həyata keçirir.

8 günlük nəzərdə tutulan təlim kursunda 10 ölkənin (Azərbaycan, İtaliya, Rumınya, Niderland, Polşa, İspaniya, Estoniya, Türkiyə, Ukrayna, Gürcüstan) nümayəndəsi iştirak edir. Təlim kursunda gənclər  təhsil anlayışı, mən kiməm, digər insanların həyat tərzinə hörmət edərkən, məni  unikal edən xüsusiyyətlər nələrdir, gəncin gələcəyi üçün seçdiyi yol  kimi başlıqlar ətrafında müzakirələr aparacaq, yeni məlumatlar əldə edəcəklər.

Layihənin əsas məqsədi Gənclər Fəaliyyətdə (Youth in Action)  proqramının imkanlarını araşdırmaq, xüsusilə Şərq Tərəfdaşlığı Pəncərəsində mədəni müxtəliflik və mədəniyyətlərarası öyrənməni bir vasitə kimi təbliğ etmək, mədəniyyətlərarası öyrənmə anlayışını gənclərin fərdi inkişafında  proses kimi dərinləşdirmək, beynəlxalq gənclər işində Gənclər Fəaliyyətdə proqramının Şərq Tərəfdaşlığı Pəncərəsi imkanlarını tədqiq etmək, Proqram və ŞAQÖ-dan (EECA) olan yeni əməkdaş ölkələrlə  “Mədəniyyətlərarası Öyrənmə” üçün yeni layihə ideyalarını və əməkdaşlıqları inkişaf etdirməkdir.

 

 


Layihənin xəbərləri:



30.07.2014 16:32