"Gəncə Gənclər Şəhəri"


Keçirilmə tarixi: 
12.08.2014
Yer: 
Gəncə şəhəri
Məkan: 
Heydər Əliyev parkı

12 avqust Beynəlxalq Gənclər Günü ilə bağlı olaraq “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşşəbbüsü və təşkialtçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin,“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin dəstəyi ilə GƏNCƏDƏ İLK dəfə "Gəncə Gənclər Şəhəri” adlı Şəhər Festivalı keçirdi.

 Festivalda Azərbaycan, Belarusiya, Sloveniya,Türkiyə, Gürcüstan, Almaniya, İspaniya, İtalya, Macarıstan, Ukrayna və Norveçdən 70-ə yaxın gənc iştirak edib. Şənliyin əsas məqsədi 2016-cı il üçün Avropa Gənclər Paytaxtı olan Gəncə şəhərində gənclərlərin fəaliyyətlərini genişləndirmək, onların yay aylarında əyləncələrini təşkil etmək, gəncləri bir araya toplamaq, həmçinin, şəhər əhalisini Gəncə 2016 Avropa Gənclər Paytaxtı haqqında məlumatlandırmaqdır.

Festivalda Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov bildirib ki, Gəncənin 2016-ci il üçün Avropa Gənclər Paytaxtı seçilməsi Gəncənin və ümumilikdə Azərbaycanın uğurudur. Şəhərdə gənclərlə bağlı həyata keçirilən layihələr, avropalı gənclərin iştirakı ilə keçirilən tədbirlərə Gəncənin ev sahibliyi etməsi də şəhərin bu ada layiq görülməsinə öz tövhəsini verib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov isə vurğulayıb ki, Avropanın 2016-cı il üçün Gənclər Paytaxtını daha geniş təbliğ etmək, Gəncə ilə xarici ölkə gənclərini tanış etmək, ekskursiyalar, gəzintilər təşkil etmək və görüşlər keçirmək Avropanın Gənclər Paytaxtını dünyada tanıtmağa xidmət edən tədbirlərdəndir.

 Layihə D'LARON Perfumes&Cosmetics-in, “KONTİ KLUB” ailəvi karaoke mərkəzinin, Bakcell mobil operatorunun, FUN CENTER əyləncə mərkəzinin və BAŞKENT restoranlar şəbəkəsinin sponsorluğu ilə həyata keçirildi.

“Gəncə Gənclər Şəhəri” festivalının proqramı çərçivəsində gənclərimiz və festivalın qonağı olan 500 yaxın müxtəlif yaş qrupundan olan şəhər əhalisi Birliyin könüllüləri tərəfindən təşkil olunan karaoke, dans, street painting, face art bölmələrində festival müddətində əyləndilər. “Gələcəyə Körpü” və “Gəncə Avropa Gənclər Paytaxtı 2016” informasiya mərkəzində isə viktorina qaliblərinə təşkilatı dəstək göstərən şirkətlər tərəfindən hədiyyələr təqdim olundu.

     Beynəlxalq gənclər gününün qeyd olunması haqqında qərar 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda qəbul olunub. Qərara əsasən hər il avqustun 12-si dünyada Gənclər günü kimi qeyd olunmağa başlandı.


Layihənin xəbərləri:



15.08.2014 11:12