Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi


Keçirilmə tarixi: 
09.02.2019
Yer: 
Gəncə şəhəri
9-12 fevral 2019-cu il tarixlərində Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzində “Gələcəyə Körpü” Gənclər Birliyinin Avropa Komissiyasının Erasmus+ (Key Action 2 – Əsas Fəaliyyət 2) çərçivəsində “Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” adlı layihəsinin ilkin koordinasiya görüşü baş tutub.

Layihənin əsas məqsədi ölkənin Gəncə-Qazax regionunda yaşayan gənclərin sahibkarlıq təhsili və təhsil imkanları barədə məlumatlandırmaqla onların məşğulluq vəiştapma bacarıqlarının artırılmasıdır.

Görüşdə Litva, Bolqarıstan, Makedoniya, Niderland Krallığı, Gürcüstan, Belarusiya, Ukrayna və Moldovadan olan əməkdaş təşkilatların rəhbər nümayəndələri iştirak edib. Koordinasiya görüşündə layihənin hazırlığı, tərəfdaşlıq öhdəlikləri, nəzərdə tutulan fəaliyyətlərin icrası və digər detalları müzakirə edilib.

Qeyd edək ki, Birlik Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində beynəlxalq layihələrdə həm göndərən, həm də qəbul edən təşkilat olaraq uzun müddətdir ki, fəaliyyət göstərir.

Layihənin xəbərləri:



04.03.2019 14:57