Region gəncləri müasir çağırışların fəal iştirakçısı kimi


Keçirilmə tarixi: 
15.02.2019
Yer: 
Tovuz rayonu
15-16 fevral 2019-cu il tarixlərində Tovuz rayon Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və "Gələcəyə Körpü" GİB-in təşkilatçılığı ilə icra edilən “Region gəncləri müasir çağırışların fəal iştirakçısı kimi” adlı layihənin seminarları baş tutdu.

Layihənin əsas məqsədi ölkənin qərb regionunda yerləşən 9 rayonda yeniyetmə və gənclərə keçiriləcək seminarlar vasitəsilə onların şəxsi və peşəkar inkişaflarına təkan vermək, ictimai və sosiallığını gücləndirmək və gənclər üçün yaradılan xidmət və imkanlar haqqında onları maarifləndirməkdir.

Layihə çərçivəsində həmin regionlara səfərlər edilərək və hər birində 2 gün olmaqla 25 nəfər rayon gəncinə müvafiq mövzularda - ictimai fəallıq, könüllülük, liderlik, sosial sahibkarlıq və Startap, gənclər üçün yaradılan imkanlardan yararlanma (Gənclər Fondu və təklif etdiyi imkanlar, Gənclər Evləri və onların fəaliyyətləri və s.), beynəlxalq tədbirlərdə iştirak və təmsilçilik, o cümlədən gənclər siyasəti mövzularında maarifləndirici seminarlar keçiriləcəkdir.

Qeyd edək ki, artıq daha 6 rayonda müvafiq seminarların icrası planlaşdırılır.

Layihənin xəbərləri:



04.03.2019 14:54