"SAMSUNG Əməkdaşlarının Könüllülük Proqramı"


Keçirilmə tarixi: 
25.07.2015
Yer: 
Gəncə şəhəri
Donorlar: 
SAMSUNG Şirkəti

"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi, Cənubi Koreya Respublikasından "Samsung" Şirkətinin Baş Ofisi və "Better World" Təşkilatının birgə əməkdaşlığı nəticəsində 25-31 İyul 2015-ci il tarixlərində Gəncə şəhərində "SAMSUNG Əməkdaşlarının Könüllülük Proqramı" adlı Beynəlxalq layihə həyata keçirilib.

Layihə çərçivəsində Gəncə şəhər İnternat Tipli Xarici Dillər Təmayüllü Gimnaziya”nın nəzdində“İKT Təhsil və Təlim Mərkəzi”, İT otağı yaradılıb və dəhlizi bərpa olunub.

 30 iyul tarixində hesabat xarakterli bağlanış mərasimi ilə yekunlaşan layihədə 90 nəfər 7-11-ci sinif gimnaziya şagirdlərinə Samsung Electronics 33 işçisi və "Better World""Gələcəyə Körpü" GİB-in könüllü və üzvləri tərəfindən 7 gün  müddətində İKT təhsil metodları və komputer dərsləri keçirilib. Paralel aparılan təlimlərdə şagirdlər WEB-DIZAYN, SCIENCE KIT (robot texnologiyaları), AIR PURIFIER (hava təmizləyici qurğusunun təqdimatı və yayımı) və MS OFFICE (kompyuter ofis proqramlarının öyrədilməsi) komandalarının layihə boyunca həyata keçirdikləri bütün fəaliyyətlər (keçirilən dərslər, praktiki seminarlar, son ixtiraların praktiki məşğələsi və s.) ictimaiyyətə təqdim edilib.

Görüşdə SAMSUNG Şirkətinin Baş Meneceri, Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, İnternat tipli Xarici Dillər təmayüllü gimnaziyanın direktoru Pənah Səmədov və digər qonaqlar iştirak ediblər. Layihədə iştirakçı olan bütün müəllim və şagird kollektivi SERTİFİKATla təltif edilib.

Sonda "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi və SAMSUNG Şirkəti İnternat tipli Xarici Dillər təmayüllü Gimnaziyanın rəhbərliyi tərəfindən FƏXRİ FƏRMAN-la təltif olunublar


Layihənin xəbərləri:



31.07.2015 18:20