“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Gənclər Təşkilatlarının IV Respublika Sərgisində iştirak edəcək.


Keçirilmə tarixi: 
27.11.2012
Yer: 
Bakı
Məkan: 
yoxdur
Donorlar: 
yoxdur

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Gənclər Təşkilatlarının IV Respublika Sərgisində iştirak edəcək.

28-30 noyabr 2012-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "Baku Expo Mərkəzi"-də "Gənclər Təşkilatlarının IV Respublika Sərgisi" keçiriləcək. 28 noyabr 2012-ci tarixdə Bakı şəhərində Gənclər təşkilatlarının IV Respublika sərgisinin açılışı olacaq. Respublika əhəmiyyətli tədbir ilk dəfə olaraq “Bakı Expo” sərgi mərkəzində keçiriləcək və üç gün davam etdikdən sonra öz işini 30 noyabr tarixində başa çatdıracaqdır. Gənclər təşkilatlarının IV Respublika sərgisi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi dəstəyi ilə həyata keçirilir.

Sözügedən tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.5.8 (Gənclər təşkilatlarının fəaliyyətini əks etdirən sərgilərin təşkil edilməsi) yarımbəndinin icrası məqsədilə təşkil edilir. Sərgidə 80-dək gənclər təşkilatları iştirak edəcək. Sərginin əsas məqsədi ictimaiyyətə gənclər təşkilatlarının fəaliyyəti, eləcə də onlar tərəfindən həyata keçirilən layihə və tədbirlər haqqında geniş məlumat vermək, həmçinin, gəncləri ictimai fəaliyyətə cəlb etməkdir. Sərginin bütün iş günləri ərzində gənclər üçün seminarların, təlimlərin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub. Sərginin təşkilatçıları İteca Caspian MMC şirkətidir.

Gənclər təşkilatlarının IV Respublika sərgisində iştirakı – özlərini təqdim etmək, nailiyyət və imkanlarını nümayiş etdirmək, təcrübə mübadiləsi aparmaq və ictimai əlaqələri genişləndirmək üçün gözəl imkandır. Həmçinin, burada fəaliyyətin gələcək inkişafı üçün kommersiya strukturları və iri şirkətlərin timsalında dəstək tapmaq ehtimalı mövcuddur. Sərginin ziyarətçiləri isə öz şəxsi maraqları çərçivəsində müasir gənclərin həyatında yer alan yeni layihə və istiqamətlər haqqında məlumat toplaya biləcəklər. 

Sərginin təşkilatçıları ümid edirlər ki, bu tədbir yeni əlaqələrin qurulması və genişləndirilməsi üçün əlverişli şəraiti təmin edəcək və Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının gələcək inkişafına öz əhəmiyyətli töhfəsini verəcəkdir.


Layihənin xəbərləri:



06.12.2012 12:12