“Gələcəyə Körpü” GİB Gənclər üçün Beynəlxalq Mübadilə və Anlaşma şəbəkəsinin (Youth for Exchange and Understanding International - YEU) beynəlxalq tədbirində təmsil olundu.


Keçirilmə tarixi: 
23.11.2012
Yer: 
Gələcəyə Körpü
Məkan: 
yoxdur
Donorlar: 
yoxdur

“Gələcəyə Körpü” GİB Gənclər üçün Beynəlxalq Mübadilə və Anlaşma şəbəkəsinin (Youth for Exchange and Understanding International - YEU) beynəlxalq tədbirində təmsil olundu.

23-28 Noyabr tarixində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Sədr müavini Səbinə Sadıxova İspanyanin Molina şəhərində keçirilən Beynəlxalq konfransda ölkəmizi və təşkilatımızı təmsil etdi. 

Tədbir YEU (Gənclərin mübadilə və anlaşma şəbəkəsi) beynəlxalq şəbəkəsi tərəfindən təşkil edildi. 

Tədbirdə ümumilikdə 20 ölkədən 36 nümayəndə iştirak etdi. Tədbirdə iştirak edən hər bir ölkənin nümayəndələri təmsil etdikləri ölkənin mədəniyyətini geniş şəkildə nümayiş etdirdilər. Azərbaycan da layiqincə bu tədbirdə təmsil olundu.

Tədbirin əsas mövzusu “Gələcək nəsillərin Avropada aktiv sosial fəaliyyətə cəlb olunmasında yaranan çətinliklərin həlli yollarını araşdırmaq və müzakirə etməkidi”. 

Təlimdən sonra 29-1 Dekabr tarixində Gənclərin mübadilə və anlaşma şəbəkəsinin ümumi yığıncağı keçiriləcək. Ümumi yığıncaq her il keçirilir. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi bu yığıncaqda təmsil olunacaq. Beynəlxalq şəbəkəyə 32 ölkə üzvdür və idarə heyyəti 5 nəfərdən ibarətdir. Onuda qeyd edek ki, Gələcəyə Körpü bu şəbəkənin Azərbaycandan yegane tam hüquqlu üzvüdür.

CTRL + Q to Enable/Disable GoPhoto.it

Layihənin xəbərləri:

10 il gənclərləGənclərin Məşğulluq Resurs Mərkəzi layihəsinin 1 ili tamam olduTəcrübə proqramına müraciət başladı10 il gənclərlə10 il gənclərlə

Fotoqalereya → 2007 | Beynalxalq

06.12.2012 12:18