“Qafqazı Kəşf Et – Azərbaycanda Gənclər işi”


Keçirilmə tarixi: 
10.11.2012
Yer: 
Gəncə
Məkan: 
yoxdur
Donorlar: 
yoxdur

  “Qafqazı Kəşf Et – Azərbaycanda Gənclər işi”

Noyabrın 3-dən 10-na kimi Azərbaycan Gənclər Fondunun, Avropa Komissiyası “Gənclər Fəaliyyətdə” proqramının maliyyə dəstəyi ilə Gəncə və Mingəçevir şəhərlərində Gələcəyə Körpü Gənclər İcitmai Birliyi və “Avropa Mədəniyyətlər arası Formunun layihəsi olan “Qafqazı Kəşf Et” adlı beynəlxalq təlim kursu həyata keçiriləcək. Layihənin məqsədi Avropa gənclərinin iştirakı ilə Azərbaycan gənclər sektorunun araşdırılması, yerindəcə ehtiyacların təhlilinin aparılması və Azərbaycan gənclər siyasətində tərəflər üçün konkret potensialın gücləndirilməsi üçün təməl atmaqdır. Bundan əlavə təlimin bir məqsədi də müəyyən ehtiyacların həlli və Azərbaycan gənclərinin qərar qəbul etmə səlahiyyətlərinin inkişafı üçün yerli və Avropa QHT-ləri ilə əməkdaşlıq üçün bağlantı yaratmaqdır.

Qafqazı Kəşf Et – Azərbaycanda Gənclər işi ” təlim kursu Almaniya, Fransa, Gürcüstan, Ukrayna, Azərbaycan, Rumıniya, Moldova, İtaliya, Türkiyə, Ukrayna, Rusiya, Avstriya, Portuqaliya və Latviyadan olmaqla 28 gənc üçün təşkil olunacaq. Bu təlim Azərbaycanda yerli gənclər sektorunun kəşf olunmasına və bununlada yerli QHT-lərlə əməkdaşlıq və təşəbbüslərin qurulması vasitəsi ilə inkişafına həsr olunacaq.


Layihənin xəbərləri:

Azərbaycanda ilk Gender AkademiyasıAzərbaycanda ilk Gender AkademiyasıAzərbaycanda ilk Gender Akademiyası

06.12.2012 12:09