“2016 Avropa Gənclər Paytaxtında Gənc Liderlər Akademiyası”


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi  16/07/2014-16/11/2014 tarixlərində Gəncə şəhərində Azərbaycan Respublikası  Prezidenti yanında  Gənclər Fondunun maliyyə dəstəyi  ilə  “2016 Avropa Gənclər Paytaxtında  Gənc  Liderlər  Akademiyası” layihəsini həyata keçirəcək.

 Layihə müddətində  gənclərə liderlik qabiliyyətinin inkişafına yönəldilmiş müxtəlif mövzularda təlimlər keçiriləcək. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi aşağıda göstərilən mövzularda təlimlər təşkil edəcəkdir.

·         Sosial davranış/ İctimai fəallıq

·         Strateji planlaşdırma

·         Könüllülük

·         Problemin seçilməsi

·         Layihə təklifinin yazılması

·         Büdcənin tərtib olunması

·         Fəaliyyət planı/ icra planı

·          Natiqlik/ İctimai çıxış

·         İctimai Vəkillik

·         Sosial media

·         Gender bərabərliyi

Dostlar sizdə bu layihədə iştirak etmək istəyirsinizsə aşağıdakı linkə daxil olub qeydiyyatdan keçməniz xahiş olunur.

https://docs.google.com/forms/d/1I6vqVVtfUeZv_gukL34ZB9T2U6S5O3X-89SW78JmjQM/viewform

QEYD: Layihəyə son müraciət tarixi 25 iyul 2014-cü ilədəkdir.


15.07.2014 14:41