“2016 Avropa Gənclər Paytaxtında Gənc Liderlər Akademiyası” uğurla davam edir


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin  16/07/2014-16/11/2014 tarixlərini əhatə edən Azərbaycan Respublikası Prezidenti yanında gənclər Fondunun maliyyə dəstəyilə, Gəncə şəhərində həyata keçirdiyi “2016 Avropa Gənclər Paytaxtında Gənc Liderlər Akademiyası” adlı layihəsi davam edir.

 Akademiyanin baş tutan təlimlərində gənclər “İctimai Fəaliyyət”, “Könüllülük” “Sosial Media” “Strateji planlaşdırma” və “Problemin secilməsi” mövzuları ilə yaxında tanış oldular. Təlim müddətində qeyri formal təhsil üsulları əsasında qruplarla işləyərək yeni biliklər əldə edirlər

Məqsəd fəal gənclərin liderlik bacarıqlarına yiyələnmələrinə, gələcəkdə müstəqil layihələrin yazılması və idarə edilməsinə, yerli gəncləri vahid aktiv vətəndaşlıq məsələsi ətrafında toplamaqla onlara çoxlu imkanlar təmin edilməsinə köməklik etməkdir

 Gənclərin bilik, bacarıq və təcrübələrinin artırılması; Gənclər arasında şəbəkələşmənin genişlənməsi; Gəncə şəhərində yaşayan gənclərin informasiya bazasının yaradılması; Gəncləri komanda işi və liderlik bacarıqlarının aşılanması layihənin əsas prioritetləri sırasındadır.

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 


26.08.2014 11:57