“Azərbaycanda Demokratik Təşəbbüslərə Dəstək” layihəsnin təqdimatı keçirildi...


18 fevral “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ofisində görüş keçirildi. Görüş BMT-nin Demokratiya Fondun maliyyə dəstəyi ilə 1 yanvar 2013 – 31 dekabr 2014-cü il tarixinlərində keçirilən “Azərbaycan Demokratik Təşəbbüslərə Dəstək” layihəsi haqqında keçirildi. Görüşdə   “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Baş Katibi Hakim Ələsgərov və "Azərbaycan Gənclər İttifaqı Təşkilatının" təlimçisi Samir Əhmədov layihə haqqında könüllülərə geniş məlumat verdilər. 

 Layihənin  məqsədi qarşıdan gələn seçkilərində xüsusilə qadın və gənclər arasında iştirakı artırmaqdır. Layihə Şəki, Lənkəran, Gəncə, Mingəçevir və Quba regionlarında Mərkəzi Seçki Komissiyası və yerli icra hakimiyyətləti qurumları ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihəni “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və daha dörd QHT dəstəkləyir. Qeyd edək ki, Azərbaycan Gənclər İttifaqı yerli icraçı tərəfdaş QHT-lərlə birlikdə qadın və gənclərə xüsusi diqqət ayırmaqla vətəndaşlara seçici təhsili təklif edəcəkdir.


18.02.2013 18:37