“Beynəlxalq Könüllülük günü” ilə bağlı sərgi təşkil olundu


5 dekabr  Beynəlxalq Könüllülük günü ilə bağlı olaraq “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində “Könüllülük sərgisi” təşkil olundu.

Sərginin təşkil olunmasında məqsəd Beynəlxalq Könüllülük gününü gənclərimizlə birlikdə qeyd etmək, könüllüklə bağlı məlumatlandırmaq, faydalarından bəhs etməkdi.

Könüllülük sərgisində iştirakçılar Birliyin nəzdində fəaliyyət göstərən hər bir klubun fəaliyyəti, gördüyü işlərlə bağlı, Avropa Könüllülük Xidməti (EVS), Beynəlxalq Könüllülük Proqramları (İVP) haqqında ətraflı məlumat əldə etdilər.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyində hazırda 10-dan artıq Klub fəaliyyət göstərir və Birliyin könüllü gəncləri tərəfindən təşkil olunur. Bundan başqa “Gələcəyə Körpü" Gənclər İctimai Birliyi 2012-ci ildə AVX (EVS) üzrə akreditasiyadan keçmiş ilk təşkilatlardan biridir və Avropa İttifaqının bu proqramı çərçivəsində hər il 2 alman könüllü Birliyin fəaliyyətlərinə cəlb olunur. Beynəlxalq Könüllülük Proqramı çərçivəsində isə dünyanın istənilən ölkəsinə gənclərimizi könüllü fəaliyyətlərə göndərə, eyni zamanda xarici gəncləri ölkəmizdə qəbul etmək şansı əldə edirik.

Foto

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 

 


06.12.2014 16:29