“EkoQraffiti” layihəsinin təlimlərinə yekun vuruldu


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin “C” kateqoriyası üzrə “Ekoqraffiti” layihəsinin  icrasına 16 avqust tarixindən etibarən başlanılıb. 1  iyul – 1 oktyabr tarixlərini əhatə edən layihə “Gələcəyə Körpü” GİB və “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İB-in tərəfdaşlığı ilə Gəncə şəhərində təşkil olunur.

Layihənin əsas məqsədi yenidən istifadə və tullantıların çeşidlənib atılması ilə ekologiyanın qorunmasına dəstək,gənclərin bu sahədəki fəaliyyətlərə cəlbi və ekoloji biliklərinin artırılması, sosial şüar və qrafitti ilə layihənin maraq dairəsini genişləndirməklə “Gəncə Avropa Gənclər Paytaxtı- 2016”-ya dəstək olmaqdır.

16-18 avqust 2016-cı il tarixlərində təşkil olunan təlimlər əsasında könüllülərə Ekologiya,yenidən istifadə, tullantıların çeşidlənməsi, Qrafitti, Kreativlik mövzusunda təlimlər keçirilmişdir.Hal hazırda məişət tullantıları ilə çirkləndirilən ərazilər iştirakçılar tərəfindən ekoloji aksiyalarla təmizlənir hazırlanmış sosial ekoloji şüarlar qrafitti ustasının da köməyi ilə əvvəlcədən seçilmiş və icazəsi alınmış ərazidəki divarlara çəkilir. Yenidən istifadə, tullantıların çeşidlənməsi və ekoloji məlumatlarla zəngin braşurlar həmin ərazilərdə yaşayan sakinlərə paylanılır. Qraffiti çəkimlərinin Sentyabr ayının ortlarına qədər davam edəcəyi bildirilir.


25.08.2016 19:08