“Erasmus+ Youth. Azərbaycanda Məlumat Mərkəzi” Şəkidə maarifləndirici seminar keçirib


19 Noyabr, 2017-ci il tarixində Şəki şəhərində Azərbaycanda ilk dəfə olaraq "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən - Avropa Komisiyasının Erasmus + Youth. Proqramı üzrə əldə edilmiş rəsmi Məlumat Mərkəzinin maarifləndirici seminarı baş tutub

Tədbirin rəsmi hissəsində Şəki şəhər  Gənclər və İdman  İdarəsinin rəisi Vüqar İskəndərov və “Gələcəyə Körpü”  Gənclər İctimai Birliyinin icraçı direktoru və Mərkəzin koordinatoru Hüseynxan Hacızadə iştirak edib. Tədbirin giriş sözü ilə açan Vüqar İskəndərov Mərkəzin işinə uğurlar arzulayıb, Şəki gənclərini, həmçinin gənclər təşkilatlarını Proqramın imkanlarından daha çox yararlanmağa çağırıb.

Mərkəzin koordinatoru Hüseynxan Hacızadə Şəki gənclərinə Məlumat Mərkəzinin nə üçün yaradıldığını, gənclər və gənclər təşkilatları üçün hansı yardım və məsləhətlər təklif etdiyini və Erasmus + Youth. Proqramı haqqında geniş məlumat verib.

İştirakçılar – Məlumat Mərkəzindən olan gözləntilərini, ehtiyaclarını və verə biləcək töhvələrini müəyyənləşdirmək məqsədilə komanda işləri həyata keçirərək təqdimatlar ediblər. 

Hörmətlə,

Təhminə Quliyeva

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi



10.01.2018 19:23