“Erasmus+ Youth. Azərbaycanda Məlumat Mərkəzi” Mingəçevir gəncləri ilə görüşüb


2 Dekabr, 2017-ci il tarixində Mingəçevir şəhərində Azərbaycanda ilk dəfə olaraq "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən - Avropa Komisiyasının Erasmus + Youth. Proqramı üzrə əldə edilmiş rəsmi Məlumat Mərkəzinin maarifləndirici seminarı baş tutub. 

Tədbiri Mingəçevir Gənclər Evinin nümayəndəsi Rəşad Qurbanov giriş sözü ilə açıb və mərkəzin işinə uğurlar arzulayıb. Rəşad Qurbanov Mingəçevir gənclərini, həmçinin gənclər təşkilatlarını Proqramın imkanlarından daha çox yararlanmağa çağırıb.

Mərkəzin koordinatoru Hüseynxan Hacızadə Mingəçevir gənclərinə Məlumat Mərkəzinin nə üçün yaradıldığını, gənclər və gənclər təşkilatları üçün hansı yardım və məsləhətlər təklif etdiyini, Erasmus + Youth. Proqramı haqqında geniş məlumat verilib.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb və yekun müzakirələr aparılıb.

Erasmus+ Gənclər Fəaliyyətdə rəsmi əlaqə mərkəzi titulu SALTO–nun Şərqi Avropa və Qafqaz Resurs Mərkəzi (Polşada Təhsil Sisteminin İnkişafı Fondunun hissəsi)  tərəfindən Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada fəaliyyət göstərən təşkilatlara verilir. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi bu titul üçün namizədliyini irəli sürüb və Azərbaycanda olan təşkilatlar arasında son üçlüyə daxil olub. Final mərhələdə müsabiqədə maksimum 100 xaldan 81-ni toplayan “Gələcəyə Körpü” Azərbaycanda ilk dəfə 2017-ci ilin İyun ayından Dekabr ayınadək  Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Əlaqə Mərkəzi  elan olunub. Bu günədək ölkəmizdə Erasmus+ Proqramının Rəsmi Əlaqə Mərkəzi olmayıb.

 

Hörmətlə,

Təhminə Quliyeva

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi


10.01.2018 19:36