“Gələcəyə Körpü” “Gənclər işində innovativ təlim metodları” adlı tədbirində təmsil olunur


21-28 noyabr tarixində Belçikanın Brugge şəhərində “Gənclərin Mübadilə və Anlaşması”  (YEU) şəbəkəsi üzv olan təşkilatların gənclərini bir araya toplayaraq “Gənclər işində innovativ təlim metodları” adlı təlim kursu həyata keçirir. Təlimdə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyini və Ölkəmizi Birliyin EVS Koordinatoru Hüseynxan Hacızadə təmsil edir.

“Gənclər işində innovativ təlim metodları” adlı layihənin məqsədi beynəlxalq gənclər sektorunda mövcud yeniliklər haqqında gəncləri maarifləndirmək,  yeni layihələrin yazılması üçün onları dəstəkləməkdi. Layihədə gənclər işində innovativ metodların öyrənilməsi, gənclərin şəxsi və peşəkar bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur. 

Təlim kursu qeyri-formal təhsil metodları əsasında və gənclərin aktiv iştirakçılığı ilə həyata keçirilir. Kursun başlıca vəzifələri: Yeni və innovativ yanaşmaları, vasitələri, konsepsiyaları paylaşmaq, müxtəlif yaradıcı üsulları araşdırmaq, yenilikçi olmaq üçün gəncləri məlumatlandırmaq,  daimi olaraq yeni yanaşmaları, fəaliyyətləri və layihələri inkişaf etdirmək, Erasmus + proqramının gənclər fəaliyyətində rolunu öyrənmək,  “Gənclər işində innovativ bələdçi” -sosial media təlim paketini inkişaf etdirməkdi.

 

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 


26.11.2014 13:37