“Gələcəyə Körpü” Brüsseldə təmsil olunub


 

            16-17 dekabr  2017-ci il tarixlərində Belçikanın Brüssel  şəhərində  “Gənclərin Mübadilə və Anlaşması” (YEU) şəbəkəsinin 2017-ci il üçün Ümumi Yığıncağı həyata keçirilib.

  ”Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə tədbirdə ölkəmizi və Birliyi təmsil edib.

“Gənclərin Mübadilə və Anlaşması” (Youth for Exchange and Understanding -YEU) Şəbəkəsi 1986-ci ildə 11 müxtəlif ölkənin 120-dən artıq gəncindən ibarət qrup tərəfindən yaradılıb. Təşkilatın Avropa və Afrika daxil olmaqla 30-dan çox ölkədə könüllüləri, üzvləri o cümlədən əməkdaşlıqları var.

Ümumi yığıncağın keçirilməsində məqsəd idarə heyətinə yeni üzvlərin seçilməsi, 2017-ci il üçün təşkilatın və idarə heyətin hesabatını dinləmək, növbəti il üçün strateji və iş planının təqdim olunmasıdır.

Hər il şəbəkənin üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Baş Assambleya keçirilir. Bu İdarə Heyəti seçkiləri üçün məsul orqandır. İdarə heyəti ümumi planlaşdırma, idarəetmə və şəbəkənin strategiyasının müəyyən edilməsinə görə məsuliyyət daşıyır. Ümumilikdə idarə heyəti 5 üzvdən ibarət olur və hər iki ildən bir keçirilən ümumi yığıncaq vasitəsilə təyin edilir.

Qeyd edək ki, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi 2003-cü ildən bu şəbəkənin üzvüdür və indiyə qədər idarə heyətində təmsil olunub.

Hörmətlə,

Təhminə Quliyeva

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi



12.01.2018 14:08