“Gələcəyə Körpü” EVS Koordinatorların görüşündə təmsil olunur


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Avropa Könüllülük Xidməti (European Volunteering Service- EVS)  üzrə Koordinatoru Hüseynxan Hacizadə 20-26 oktyabr tarixlərində Gürcüstanın Kabuleti şəhərində “Dostdan daha çox” adlı beynəlxalq layihədə iştirak edir.

Avropa Könüllülük Xidməti (EVS) könüllülüyü öyrənmə prosesini dəstəkləmək və gücləndirmək üçün EVS koordinatorlarının səlahiyyətləri inkişaf etdirmək layihənin başlıca məqsədidir.

Könüllülərin şəxsi inkişaf prosesini dəstəkləmək üçün konsepsiyanın nəzəri bilik və anlayışını möhkəmlətmək; EVS koordinatorların gənc könüllülər ilə işləməkdə yardımcı olacaq peşəkarlığını artırmaq, təlimdən sonra bir –birlərini dəstəkləmək və əldə etdikləri bacarıqlarını artırmaq üçün EVS koordinatorlara şərait yaratmaq, YouthPass prosesinin anlaşılmasını dərinləşdirmək; mühüm bacarıqlarını inkişaf etdirmək, kimi bilikləri gənclərə aşılamaq layihənin vəzifələrindəndir.

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi


23.10.2014 14:56