“Gələcəyə Körpü” Gəncə şəhərində "Yaşıl ətraf mühit" adlı gənclərin beynəlxalq yay iş düşərgəsini həyata keçirdi.


10-21 İyul, 2018-ci il tarixlərində "Gələcəyə Körpü" Gənclər Birliyi və Gəncə şəhər Gənclər Evinin birgə təşkilatçılığı ilə "Yaşıl ətraf mühit" adlı gənclərin beynəlxalq yay düşərgəsi həyata keçirildi.

            Düşərgənin həyata keçirilməsində məqsəd yerli və beynəlxalq gənclərin ekologiya və ətraf mühit sahələrində təcrübə və bilik mübadiləsini təmin etmək, Gəncə şəhəri Heydər Əliyev Park Kompleksi ərazisində təmizlik aksiyaları etmək, quş yuvaları və ətraf mühitin təmiz saxlanılması ilə bağlı nişanlar düzəltməklə maarifləndirici ictimai fikir yaratmaq və o cümlədən Gəncə şəhərinin turizm potensialının artırılmasına töhvə verməkdan ibarətdir. Düşərgədə Türkiyə, Serbiya, Rusiya Federasiyası, Çexiya Respublikası, Fransa və Meksikadan olan gənclər iştirak etdi.

             Qeyd edək ki, həmin könüllülər "Gələcəyə Körpü" GİB-nin üzv olduğu Beynəlxalq Könüllülük Təşkilatları Birliyinin digər üzv təşkilatlarından cəlb olunmuşdular.

 

Hörmətlə,

 

Təhminə Quliyeva

 

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

 

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi


09.08.2018 17:31