“Gələcəyə Körpü” Gənclər Birliyi qərb regionunda seminarlar həyata keçirdi.


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və “Gələcəyə Körpü” Gənclər Birliyinin təşkilatçılığı ilə icra edilən “Region gəncləri müasir çağırışların fəal iştirakçısı kimi” adlı layihənin son seminarı icra edildi.

Layihənin keçirilməsində əsas məqsəd ölkənin qərb regionunda yerləşən 9 rayonda yeniyetmə və gənclərə keçiriləcək seminarlar vasitəsilə onların şəxsi və peşəkar inkişaflarına təkan vermək, ictimai və sosiallığını gücləndirmək və gənclər üçün yaradılan xidmət və imkanlar haqqında onları maarifləndirməkdir.

Layihə çərçivəsində ölkənin Tovuz, Qazax, Ağstafa, Göygöl, Gədəbəy, Şəmkir, Samux, Goranboy və Daşkəsən rayonlarınasəfər edildi və hər birində 2 gün olmaqla 25 nəfər region gəncinə müvafiq mövzularda-ictimai fəallıq, könüllülük, liderlik, sosial sahibkarlıq və Startap, gənclər üçün yaradılan imkanlardan yararlanma, (Gənclər Fondu və təklif etdiyi imkanlar, Gənclər Evləri və onların fəaliyyətləri və s.), beynəlxalq tədbirlərdə iştirak və təmsilçilik, o cümlədən gənclər siyasəti mövzularında maarifləndirici seminarlar keçirildi. 

Qeyd edək ki, sözügedən layihə Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində "region və kənd gənclərinin ictimai fəallığının artırılması" istiqaməti üzrə qalib olub. 

 

Hörmətlə,

Şamil Möyləyev

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü" Gənclər Birliyi


26.04.2019 11:22