“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi yenidən 2018-ci il üçün Azərbaycanda Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının rəsmi Məlumat (əlaqə) mərkəzi seçilib.


 

"Erasmus+ Gənclər Fəaliyyətdə" rəsmi əlaqə mərkəzi titulu SALTO–nun Şərqi Avropa və Qafqaz Resurs Mərkəzi (Polşada Təhsil Sisteminin İnkişafı Fondunun hissəsi)  tərəfindən Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada fəaliyyət göstərən təşkilatlara verilir.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi yenidən bu titul üçün namizədliyini irəli sürüb və qalib seçilib. “Gələcəyə Körpü” GİB 2017-ci ildə  ölkədə ilk dəfə olaraq Azərbaycan gənclər təşkilatları arasından seçilərək Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Məlumat mərkəzi seçilmişdir və yenidən Azərbaycanda ikinci dəfə olaraq 2018-ci ilin Yanvar ayından Dekabr ayınadək  Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Əlaqə Mərkəzi  elan olunub.

Birliyin sədri Seyur Vəliyev və icraçı direktoru Hüseynxan Hacızadənin iştirak etdiyi 6-9 Fevral, 2018-ci il tarixlərində Belarusiyanın Minsk şəhərində baş tutan Məlumat Mərkəzlərinin görüşündə Mərkəzlərin ötən ildəki fəaliyyətləri, uğurları, müvafiq çətinlikləri nəzərdə keçirilib və gələcək bu ilki planları müzakirə edilib. 

Bu çərçivədə Birlik yerli gənclər və gənclər təşkilatları arasında Rəsmi Əlaqə Mərkəzi olaraq fəaliyyət göstərəcək. Bununlada Azərbaycanda Erasmus+ proqramının imkanları ilə maraqlanan təşkilatlara məsləhətlər verəcək, Azərbaycanın 10 müxtəlif regionunda Erasmus+ Gənclər Proqramı haqqında təqdimat və məlumat xarakterli tədbirlər həyata keçirilməklə Proqram vasitəsilə yerli gənclərə təlim kursları, gənclər mübadiləsi və digər fəaliyyətlər üçün müraciət etmək və iştirak etməyin yolları və faydaları haqqında məlumat verəcək.

Qeyd etmək lazımdır ki, "Gələcəyə Körpü" "Erasmus+ (əvvəlki “Youth in Action - Gənclər Fəaliyyətdə”) Proqramına 2007-ci ildən etibarən qoşulub. 2003-cü ildən Avropa Komissiyası tərəfindən maliyyələşdirilən beynəlxalq layihəhələr həyata keçirməyə başlayıb.

 

Hörmətlə,

 

Təhminə Quliyeva

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator


13.02.2018 18:19