“Gələcəyə Körpü” GİB “Təcrübə Proqramı” elan edir


“Gələcəyə Körpü” GİB “Təcrübə Proqramı” elan edir


Əgər Siz də  sosial fəaliyyətə qoşulmaq, aktiv həyat tərzi keçirmək və ən əsası təcrübə toplamaq istəyirsinizsə, sizə təklif edilən bu fürsəti qaçırmayın!


Proqramın məqsədi:

Təcrübə Proqramının əsas məqsədi proqrama müraciət edən gənclər üçün təlimlər təşkil etmək və birliyin ofisində 3 aylıq təcrübə keçməsini təmin etməklə həm təcrübəçilərin inkişafına həm də “Gələcəyə Körpü” GİB-in fəaliyyətinə dəstək olmaqdır.


Təcrübə proqramının əhatə edəcəyi mövzular:

  • Könüllülərlə iş
  • Beynəlxalq Əlaqələr  və EVS Proqramı
  • Beynəlxalq Könüllülük Proqramı
  • CVcenter.az məşğulluq portalı
  • İctimaiyyətlə Əlaqələr

 

Tələblər:

-İngilis dili (orta)

-Rus dili (orta)

-Kompyüter bilikləri

-Məsuliyyətli, ünsiyyətcil

- Kollektivdə işləmək bacarığı 

Faydalar:

-Könüllülük təcrübəsi qazanmaq

-CV  dəyərini artırmaq

-Komandada işləməyi öyrənmək

-Yerli və beynəlxalq layihələrdə iştirak şansı qazanmaq

 Təcrübə proqramında iştirak etmək istəyənlər CV-lərini 27 mart  2015-ci il tarixinədək mövzu hissəsində ‘Təcrübə Proqramı (ad, soyad)’ yazaraq elvin.aliyevde@gmail.com e-ünvana göndərsinlər

 


05.03.2015 17:20