“Gələcəyə Körpü” GİB Astarada


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən – Avropa Komisiyasının  Erasmus + Youth. Proqramı üzrə əldə edilmiş rəsmi Məlumat  Mərkəzi   Astara rayonunda maarifləndirici görüş keçirib.

Tədbiri Astara Pedaqoji Kollecinin direktoru  Ağababa İbrahimov giriş sözü ilə açıb və mərkəzin işinə uğurlar arzulayıb. Sonra “Gənclərin Sosial İnkişafına  Dəstək” İctimai Birliyinin sədri Rövşən Bağırov Astara gənclərini, həmçinin gənclər təşkilatlarını Proqramın imkanlarından daha çox yararlanmağa çağırıb.

Mərkəzin koordinatoru Hüseynxan Hacızadə Astara gənclərinə Məlumat Mərkəzinin nə üçün yaradıldığını, gənclər və gənclər təşkilatları üçün hansı yardım və məsləhətlər təklif etdiyini və Erasmus + Youth. Proqramı haqqında geniş məlumat verilib. Ən sonda iştirakçıların sualları cavablandırılıb və yekun müzakirələr aparılıb.

Qeyd edək ki, Erasmus+ Gənclər Fəaliyyətdə rəsmi əlaqə mərkəzi titulu SALTO–nun Şərqi Avropa və Qafqaz Resurs Mərkəzi (PolşadaTəhsil Sisteminin İnkişafı Fondunun hissəsi)  tərəfindən ŞərqTərəfdaşlığı ölkələri vəRusiyada fəaliyyət göstərən təşkilatlara verilir. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi bu titul üçün namizədliyini irəli sürüb və Azərbaycanda olan təşkilatlar arasında son üçlüyə daxil olub. Final mərhələdə müsabiqədə maksimum 100 xaldan 81-ni toplayan “Gələcəyə Körpü” Azərbaycanda ilk dəfə 2017-ci ilin iyun ayından dekabr ayınadək Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Əlaqə Mərkəzi elan olunub.

Hörmətlə,

Təhminə Quliyeva

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi


12.01.2018 14:12