“Gələcəyə Körpü” GİB Gəncə SOS Uşaq Kəndində internet təhlükəsizliyi mövzusunda seminar həyata keçirdi.


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Uşaq və yeniyetmələrin internet informasiya resurslarının zərərli təsirlərdən qorunması ilə bağlı maarifləndirilmənin aparılması” layihəsinə start verildi.

​  Layihənin əsas məqsədi uşaq evləri və gimnaziyalarda təhsil alan uşaq və yeniyetmələrə internet və onun təhlükəsizliyi haqqında məlumat vermək və onları bu mövzuda maarifləndirməkdir. 

  Layihə çərçivəsində Gəncə Şəhər SOS Uşaq Kəndində 28, 29 sentyabr 2019-cu il tarixlərində seminarlar keçirildi.Seminarlarda uşaq və yeniyetmələrə internet təhlükəsizliyi, internetdən istifadə qaydaları və internetin zərərli təsirlərində qorunma üsulları barədə məlumat verildi.

 

 

 

Hörmətlə,

 

Şamil Möyləyev

 

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü" Gənclər Birliyi

 


01.10.2019 18:53