“Gələcəyə Körpü” GİB Gəncədə hal hazırda davam edən Erasmus+ layihəsinin aralıq görüşünü keçirdi.


2-5 oktyabr 2019-cu il tarixlərində Gəncə şəhərində Birliyimizin Avropa Komissiyasının Erasmus+ çərçivəsində “Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” adlı layihəsinin aralıq hesabat görüşü keçirildi.

            Görüşdə Azərbaycan, Bolqarıstan, İsveç, Gürcüstan, Ukrayna, Moldova və Belarusiyadan olan əməkdaş təşkilatların nümayəndələri iştirak edib. Aralıq görüşdə layihə çərçivəsində icra olunan və nəzərdə tutulan fəaliyyətlərin icrası, nəticələri və müsbət təsirləri müzakirə olundu.

            Qeyd edək ki, aralıq görüşdə təmsil olunan əməkdaş təşkilatlar gələcək fəaliyyətlərlə də bağlı müzakirələr apardılar.

Hörmətlə,

 

Şamil Möyləyev

 

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü" Gənclər Birliyi

 


10.10.2019 13:25