“Gələcəyə Körpü” GİB Gəncədə yeni ekoloji layihə həyata keçirdi


  

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gəncə şəhərinin  Hacıkənd qəsəbəsində 27,28,29 oktyabr tarixlərini əhatə edən "Gəncə və ətraf rayonlardan olan gənclər üçün ekoloji mövzularda təlimlərin təşkili, sosial çarxların hazırlanması və təqdimatının keçirilməsi" adlı layihə  həyata keçirildi. 

         Layihənin əsas məqsədi gənclər arasında ekoloji maarifləndirmənin genişləndirmək, onların ekologiya və ətraf mühitin qorunmasında ictimai mühafizəkarlıqlarının artırmaq və ictimai-ekoloji əhəmiyyət kəsb edən fəaliyyətlərə təşviq etməkdən ibarət idi. 

Layihə çərçivəsində 3 gün ərzində seçilmiş 15 nəfər region gəncinə, Bakıdan və Gəncə şəhərindən gələn təlimçilər tərəfindən: ekoloji yaşam (həyat tərzi), ictimai vəkillik, video-foto çəkiliş texnikaları və montaj, sosial media və onun insanların həyatında rolu adlı mövzular üzrə təlimlər keçirildi.

Layihənin sonunda təlimlərdə  iştirak etmiş gənclər sertifikatlarla mükafatlandırıldılar. Tezliklə layihənin ikinci mərhələsində nəzərdə tutulan ekoloji mövzular üzrə  sosial çarxın çəkilişləri baş tutacaq.

Hörmətlə,

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 

  


21.12.2017 16:39