“Gələcəyə Körpü” GİB-in gənci EVS Proqramında Azərbaycanı təmsil etdi.


         “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi vasitəsilə Rumıniyanın Craiova şəhərində “Avropa  Könüllülük Xidməti” (EVS)  Proqramı çərçivəsində şəhərində 3 aylıq könüllülük layihəsində iştirak edən Günara Mustafayeva layihəsini yekunlaşdırıb.  Günara həmin müddət ərzində Birliyimizi və ölkəmizi beynəlxalq səviyyədə təmsil edib.

         Layihənin əsas vəzifələri Craiova və Slatina şəhərlərində qan donorlarının sayını artırılması, insanlara donor olmağın faydalarının aşılanması və sağlam həyat tərzinin təbliği olub.   

         Avropa Könüllülük Xidməti (AKX) Avropa Komissiyası çərçivəsində fəaliyyət göstərən 18-30 yaş arası gənclərin müxtəlif sahələr üzrə 2 aydan 1 ilədək müddətdə digər ölkələrdə könüllü olması üçün həyata keçirilən bir proqramdır. Proqram çəçivəsində könüllülər müxtəlif sahələrdə, məsələn: ekologiya və ətraf mühit, incəsənət və mədəniyyət, idman fəaliyyətləri və gənclərin vaxtının səmərəli təşkil edilməsi sahələrində ola bilər. Hər bir AKX layihəsinin 3 tərəfdaşı – könüllü, göndərən təşkilat və qəbul edən təşkilat olur. Könüllülər heç bir maddi qarşılıq olmadan maksimum 12 ay müddətdində fəaliyyətlərini davam etdirə bilərlər.

         Qeyd edək ki, "Gələcəyə Körpü" 2012-ci ildən ölkədə EVS Proqramı üzrə rəsmi akkreditə olunmuş təşkilatlardan biri olaraq fəaliyyət göstərir. 

Hörmətlə,

 

 Təhminə Quliyeva

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi



29.10.2018 15:34