“Gələcəyə Körpü” GİB-in icraçı direktoru MÜKAFATLANDIRILIB.


Ct1 fevral 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Tədbirdə Prezident İlham Əliyev bir qrup gənclərə mükafatlar təqdim edib. Mükafat alan gənclər sırasında "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə də yer alıb. O, ictimai fəaliyyət sahəsində xüsusi fərqləndiyinə görə GƏNCLƏR ÜÇÜN PREZİDENT MÜKAFATI ilə təltif edilib.

Birliyimizin adından biz də icraçı direktorumuza daha böyük uğurlar və gələcək işlərində müvəffəqiyyətlər arzu edirik. 

 

 

Hörmətlə,

 

Şamil Möyləyev

 

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi”


02.02.2019 16:36