“Gələcəyə Körpü” GİB-in könüllüsü Bakıda maarifləndirici seminar həyata keçirib.


10 avqust 2019-cu il tarixində  “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin könüllüsü Lalə İsmayılova Macarıstanda 2 aylıq ESC (Avropa Həmrəylik Korpusu) Proqramı çərçivəsində layihəsini yekunlaşdırdıqdan sonra Bakı şəhər Binəqədi Gənclər Evində ESC (European Solidarity Corps – Avropa Həmrəylik Korpusu) haqqında seminar verib.

Seminarın icra edilməsində məqsəd yerli gənclərə ESC haqqında məlumat vermək, Avropa ölkələrində könüllü olmağın yolları, faydaları və bu imkanlara necə müraciət edilməsi haqqında onları maarifləndirməkdir. 

Seminarda Avropa Könüllülük Proqramlarında iştirakın gənclərin sosial və mədəni inkişafına müsbət təsir etməsi, o cümlədən onlara yeni təcrübə və dostlar qazandırmağından da bəhs edilib.

Qeyd edək ki, AHK layihələrində iştirak etmək üçün 18-30 yaş aralığında olmalısınız. İştirak etmək üçün AHK-nun rəsmi səhifəsindən daha ətraflı məlumat əldə edə bilərsiz (https://europa.eu/youth/solidarity_en).

 

Hörmətlə

Şamil Möyləyev

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər Birliyi


21.08.2019 21:01