“Gələcəyə Körpü” GİB-in nümayəndələri Oğuzda yay məktəbində iştirak edib.


25.08.2019-01.09.2019 tarixlərində “Gələcəyə Körpü”GİB-in nümayəndələri Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşəbbüsü ilə Aqrar Kredit və İnkişaf Agentiliyinin icra etdiyi Aqrar Məşğulluğunun Artırılması Layihəsi (AMAL) çərçivəsində Oğuz rayonunda təşkil edilən AMAL Akademiyası yay məktəbində iştirak ediblər.

Layihənin məqsədi gənc fermerlərin aqrar sahədə bilik və bacarıqlarının artırılmasıdır.

Layihə çərçivəsində müraciət etmiş 122 nəfərdən 56-ı yay məktəbində iştirak haqqı qazanmışdır. Gənclərə nəzəri biliklə yanaşı, aqrar sahədə bacarıqlarını artırmaq üçün seçilmiş kənd təsərrüfatı müəssisə və ya təsərrüfatlara səfərlər edilərək, istehsal prosesini canlı izləyərək lazımi təcrübə əldə ediblər.

Hörmətlə,

Şamil Möyləyev

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi


02.09.2019 21:31