“Gələcəyə Körpü” GİB regionda daha bir layihəni yekunlaşdırdı.


“Gələcəyə Körpü” GİB vəAzərbaycan Gənclər Fondunun  birgə təşkilatçılığı ilə Gəncə, Şəmkir və Qazax rayonlarında “Region gəncləri üçün robotexnika mühəndisliyi təlimləri” adlı layihənin icrasıyekunlaşdı.

            Layihənin əsas məqsədi Gəncə, Şəmkir və Qazax rayonlarında yerləşən tam orta məktəb şagirdləri (VI - VIII-ci siniflər) təlimlər çərçivəsində robotların dizayn edilməsi, qurulması, idarəedilməsi metodlarını və informasiya emalı üçün yaradılan komputer sistemlərini mənimsəmələri idi.

            Layihə çərçivəsində müvafiq olaraq hər birində 3 gün olmaqla icra edilən təlimlərdə Gəncə, Qazax və Şəmkir rayonlarından olan ümumilikdə 75 nəfər şagirdə robototexnika sahəsində ilkin bacarıqlar və məlumatlar aşılandı.

 

 

Hörmətlə,

 

Şamil Möyləyev

 

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü" Gənclər Birliyi


03.01.2020 22:47