“Gələcəyə Körpü” GİB-in sədri Seymur Vəliyev Müşahidə Şurasına üzv seçilib


      Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının tərkibində dəyişikliklər edilib. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev Müşahidə Şurasına üzv seçilib.

     Bu münasibətlə Seymur Vəliyevi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik!

      Gənclər  fondu gənclərin siyasəti ilə bağlı elm,təhsil,mədəniyyət və digər sosial  sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur.Məqsəd və vəzifələri dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin dəstəklənməsi, gənclərin inkişafını təmin edən regional və beynəlxalq proqramların işlənib hazırlanması və həyata keçirilməsi, incəsənət sahəsində layihələrin dəstəklənməsi, gənclər təşkilatlarının inkişafı yolu ilə vətəndaş cəmiyyətinin və ictimai təşəbbüskarlığın dəstəklənməsidir.

 

Hörmətlə,

 

 Təhminə Quliyeva

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi


04.10.2018 18:39