“Gələcəyə Körpü” GİB və gənc fotoqrafçılar Xocalıya ədalət aksiyası keçirdi


"Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin dəstəyi və gənc fotoqrafçıların (Səməd Sultan və Elçin Musayev) təşəbbüsü ilə Gəncə şəhərində Xocalı günunə həsr olunmuş böyük bir aksiya həyata keçirildi.

26 Fevral 2013 il tarixində saat 10:00 da baş tutan aksiyada “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin  50 nəfərdən çox  üzvləri və könüllüləri iştirak edirdi.İlk olaraq fəal gənclər Gəncənin Nizami məqbərəsinə yollandı və orada əllərindəki plakatlar,üzlərindəki qrim obrazları ilə bunu canlandırmağa çalışdılar.Daha sonra isə Yeni Gəncə adlanan ərazidə qısa metrajlı film və fotosesiya həyata keçirildi.Bu geniş aksiyanı regional və yerli kanllarda işıqlandırdılar.

Birliyin İctimaiyyətlə Əlaqələr üzrə koordinatoru Təbriz Rzayevin verdiyi  məlumata görə təşkilatın Baş Katibi Hakim Ələsgərov  yerli  kanallara müsabihəsində aksiyanın  keçirilməsində əsas məqsədin Gəncə şəhərində də “Xocalıya dəstək” adlı respublika əhəmiyyətli kompaniyaya dəstək vermək,gənclərin könüllü təşəbbüsləri ilə xocalı soyqırım haqqında ictimaiyyətə məlumatın ötrülməsindən ibarətdir.Gənc fotoqrafçıların irəli sürdüyü bu təşəbbüsün davamı olaraq onları gələn il bu şəkilləri sərgiyə çıxaracaqlarını və hazırlanacaq qısa film sosial şəbəkələdə yayımlanacağını bildiriblər.

 

Hörmətlə:

Təbriz Rzayev

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator   

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

CTRL + Q to Enable/Disable GoPhoto.it

26.02.2013 17:59

Fotoqalereya → “Gələcəyə Körpü” GİB və gənc fotoqrafçılar Xocalıya dəstək aksiyası keçirdi.