“Gəncə şagirdlərinin ictimai fəallıqlarının və müasir təhsil metodları haqqında biliklərinin artırılması sahəsində təlimlərin təşkili” layihəsi davam edir


       “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi   Gəncə şəhərində 18 Aprel 2018-ci il tarixində icrasına start verilən və 18 iyul 2018- ci il tarixlərini  əhatə edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatıarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Gəncə şagirdlərinin ictimai fəallıqlarının və müasir təhsil metodları haqqında biliklərinin artırılması sahəsində təlimlərin təşkili” adlı layihə  həyata keçirir.

           Layihənin əsas məqsədi Gəncə şəhərində ümumtəhsil məktəb şagirdlərinə liderlik, ictimai çıxış, natiqlik, ictimai vəkillik mövzuları və müasir elektron tədris resurslarından istifadə qaydalarının aşılanması mövzularında maarifləndici təlimlər keçməklə şagirdlərin ictimai fəallıqlarının artmasına, sağlam düşüncəli  vətəndaş olaraq yetişmələri və elektron tədris metodlarından istifadə bacarıqlarına yiyələnməklərinə nail olmaqdır. 

            Bu çərçivədə Gəncə şəhərində 7 iyun 2018-ci il tarixində paralel şəkildə 5, 10, 13, 16 ve 20  nömrəli ümumtəhsil orta məktəblərində  müvafiq mövzularda seminarlar həyata keçirildi.

          Nəticə etibarilə şagirdlər təlimlərin sonunda - lider olmağın sirləri, ictimaiyyət qarşısında necə çıxış etməli və davranmalı, ictimai ərazilərdə rast gəldikləri problemləri (məsələlər) necə ictimailəşdirməli və həll tapmaları, müasir elektron tədris vəsaitləri və onlardan düzgün istifadə haqqında nəzəri və praktiki bilik əldə etdilər.  

Hörmətlə,

Təhminə Quliyeva

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 

 

 


11.06.2018 19:14