“Hacıkənd Yay Düşərgəsi – 2018″ layihəsi başa çatdı.


 

            "Gələcəyə Körpü" Gənclər Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə   Gəncə şəhər Hacıkənd qəsəbəsində “Gəncə - Avropanın İdman Şəhəri 2019” layihəsinin təbliğatına həsr olunan region gənclərinin “Hacıkənd Yay Düşərgəsi - 2018"  layihəsi başa çatdı.

 

          Düşərgənin əsas məqsədi düşərgə ənənəsini bu bölgədə yaratmaqla, Gəncə şəhərinin 2019-cu il üçün Avropanın İdman Şəhəri seçilməsini ölkə səviyyəsində təbliğ etmək, bununla bərabər gənclərin asudə vaxtlarının səmərəli təşkil etmək və yay istirahətinin daha səmərəli təşkilinə köməklik göstərməkdən ibarət idi. Layihədə ümümi 85 nəfər gənc (14-29 yaş arası) və 15 nəfər təşkilatçı iştirak etdi.

 7 gün davam edən  düşərgə müddətində iştirakçı gənclər “Gəncə – Avropanın İdman Şəhəri 2019” titulu,  turizmin inkişafında gənclərin rolu, sosial biznes, gənclər evləri və yaradılan imkanlar mövzusunda sessiyalarda iştirak etməklə maarifləndilər. Əlavə olaraq düşərgə müddətində gənclər təbiətdə texniki işarələr, idman oyunları, ox-atma, yoqa, ilkin tibbi yardım və s. kimi praktiki fəaliyyətlərə cəlb olundular. O cümlədən təqdimatlar, müzakirələr və yürüşlərdə iştirak etdilər. 

            Layihədə bir sıra tərəfdaşların iştirak etdi. Tərəfdaşlar siyahısına Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İB və Azərbaycan Skautlar Assosiasiyası daxil idi.

           

 

Hörmətlə,


 Təhminə Quliyeva

 İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

 “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

  


03.09.2018 18:32