“İnkişaf üçün əməkdaşlıq” adlı beynəlxalq təlim kursu həyata keçiriləcək.


“İnkişaf üçün əməkdaşlıq” adlı beynəlxalq təlim kursu Türkiyə, Latviya, İspaniya, İtaliya, Rumıniya, Almaniya, Çex Respublikası,Azərbaycan, Gürcüstan, Ukrayna, Belarusiyadan olmaqla 28 gənc üçün təşkil olunacaq. Bu təlim Azərbaycanda  yerli gənclər sektorunun kəşf olunmasına və bununlada yerli  QHT –lərlə əməkdaşlıq və təşəbbüslərin qurulması vasitəsi ilə inkişafına həsr olunacaq.

Layihənin məqsədi ikinci dərəcəli  kimi baxılan gənclərin bacarıqlarının qiymətləndirilməsi, Qafqaz  regionunun inkişaf məsələlərinin araşdırılması üçün beynəlxalq əməkdaşlığı gücləndirmək, gənclərin lahiyə rəhbərliyi səlahiyyətlərini artırmaqdır. Bundan əlavə təlimin bir məqsədi də müəyyən ehtiyacların həlli və Azərbaycan gənclərinin qərarqəbuletmə səlahiyyətlərinin inkişafı üçün yerli və Avropa QHT –ləri ilə əməkdaşlıq üçün bağlantı yaratmaqdır.

 


Hörmətlə:

Təbriz Rzayev          

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi


21.01.2013 19:27