“İqtisadiyyat klubu” gəncləri üzvlüyə dəvət edir.


   Klub hər həftənin şənbə günləri fəaliyyət göstərəcək.     

   Birliyin“İqtisadiyyat klubu”-un əsas məqsədi iqtisadiyyatla bağlı olan ən son  naliyyətlərdən müzakirə aparmaq, gənclərə iqtisadi terminlərin mahiyyətini izah etmək, gəncləri işə qəbul edildiyi zaman yaranan problemlərin aradan qaldırılması üçün iqtisadi maarifləndirməkdir. Həmçinin klub gənclərin iqtisadiyyatla bağlı  beynəlxalq layihələrdə iştirakına geniş şərait yaradacaq.

   Klubun əsəs fəailiyyəti həftədə bir dəfə olmaqla gəncləri bir araya toplamaq və onların iqtisadi biliklərini artırmaq, xüsusi iqtisadi yarışlar təşkil etməklə gəncləri bu sahəyə stimullaşdırmaq, gənclərin vaxtını səmərəli şəkildə keçirməsini təşkil etməkdən ibarətdir. Qeyd edək ki, kluba daim qoşulan gənclərə sertifikartlar veriləcək. 


12.02.2013 19:51