“Qarabağ Münaqişəsi Müzakirədə” Forumu başa çatdı


Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələ dəstəyi “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi təşkilatçılığı ilə 4 – 5 – 6    noyabr 2016-cı il tarixlərində Gəncə şəhərində “Qarabağ Münaqişəsi Müzakirədə” Forumu həyata keçirilirdi.

Açılış mərasimində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov elan olunmamış müharibənin tarixindən bəhs edib: “Mənfur qonşularımız tərəfindən münaqişə nəticəsində soydaşlarımızın başına saysız müsibətlər, faciələr gətirilib. Günahsız insanlar doğma yurd- yuvasından didərgin salınıb. Ermənistan silahlı qüvvələri BMT-nin işğala son qoyulması tələbinə zidd olaraq hələ də Dağlıq Qarabağı və Azərbaycanın 7 rayonunu işğal altında saxlayır”. 

Üç günlük forum çərçivəsində Bakı və Gəncə şəhərindən dəvət olunmuş mütəxəssislər tərəfindən iştirakçı gənclər Dağlıq Qarabağ o cümlədən, Erməni vəhşiliyi tərəfindən törədilmiş tarixi qətliamlar, soyqırımlar, saxtalaşdırılmış milli – mədəni tarixi abidələrlə virtual və interaktiv müzakirələr şəkildə tanış oldular.

Forumda nəticəsində gənclər "Xocalıya Ədalət Beynəlxalq Kampaniyası" Beynəlxalq İctimai Birliyinin siyasi və beynəlxalq səviyyədə həyata keçirdiyi kompaniya və fəaliyyətlər, Qarabağ münaqişəsində regional və beynəlxalq subyektlər  və tarixi faktlar, Xarici ölkələrdə AR-nın Səfirlik və Konsulluqlarının “Dağlıq Qarabağ” Münaqişəsi reallıqlarının çatdırılmasında rolu və fəaliyyətləri,"Dağlıq Qarabağ"ın tanıdılmasında KİV və Sosial Medianın rolu haqqında maarifləndirildilər.

Layihənin əsas məqsədi Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ” həqiqətlərini yerli gənclərimiz tərəfindən dərindən araşdırılmasını təmin etmək, problemin dünya ictimaiyyətinə çatdırılması yollarının axtarılmasını və yerli gənclərimizin sözügedən mövzuda yerli, regional və beynəlxalq səviyyədə baş tuta biləcək təşəbbüslərini, qərar qəbul etmə və fəaliyyətlər həyata keçirmə fəallıqlarını artırmaqdan ibarətdir.

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 


11.11.2016 17:06