20 Yanvar gənclərin gözüylə


Artıq qanlı 20 yanvar faciəsinindən 20 il keçir. Lakin buna baxmayaraq xalqımız həmin hadisədə canlarını qurban verən şəhidlərimizi unutmur və Vətən uğrunda öz canından keçən şəhidlərin ruhunu daim uca tutur.  Hər il milyonlarla insan onların məzarını ziyarət edir.

 

Gənclər arasında vətənpərvərlik ruhunu yüksəltmək və xalqımıza qarşı törədilən vəhşilikləri unutmamaq məqsədilə yanvar ayının 20 saat 10:00 da “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ofisində “20 Yanvar gənclərin gözü ilə adlı” tədbir keçirəcək.

Tədbirdə düz 20 il bundan öncə baş verən hadisələri əks etdirən video sujetlərə baxılacaq, müzakirələr aparılacaq və gənclərin maarifləndiriməsi istiqamətində məlumatlar veriləcək. Daha sonra gənclər gül dəstəsi ilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ofisindən “20 Yanvar” abidəsinə piyada yürüş təşkil edəcək.

 

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin fəal üzvləri və işçi heyyəti hər il olduğu kimi bu il də qanlı 20 Yanvar faciəsini unutmur və kədər hissi ilə anır.

 

 

“Gələcəyə  Körpü“  Gənclər İctimai Birliyinin

Ictimaiyyətlə Əlaqələr Şöbəsi

Əlaqələndirici: Səbinə Sadıxova


04.12.2012 12:39