Birlik üzvləri Beynəlxalq layihədə iştirak edirlər


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin  3 fəal üzvü Sədaqət Təhməzova, Nuran Əzizli və Orxan İsmayılov  11-19 oktyabr tarixlərində, Gürcüstanın Kabuleti şəhərində“Mədəniyyətlərarası gənclər işi : yerli və beynəlxalq ölçüləri arasında müştərək fəaliyyət” adlı beynəlxalq layidə iştirak edirlər.

Layihənin məqsədi iştirakçıları gənclərlə iş sahəsi barədə maarifləndirmək, etnik azlıqların və miqrantların Avropa cəmiyətinə daxil edilməsi sahəsində təcrübələrini bölüşməkdi. Eyni zamanda yerli həm də beynəlxalq sahədə mədəniyyətlərarası gənclər işində keyfiyyəti artırmaq, gənclər sahəsində çarpaz-regional əməkdaşlıq üçün təşkilati və şəxsi əlaqə yaratmaq, EECA (Şərqi Avropa və Mərkəzi Asiya Ölkələri) regionunda yerli səviyyədə daxiletmə işinin vasitəsi kimi, beynəlxalq gənclər layihələrini təbliğ etməkdir.

Qeyd olunan təlim kursu Avropa Birliyinin maliyyə dəstəyi ilə keçirilən “Gənclər Fəaliyyətdə” Proqramı çərçivəsində həyata keçirilir. Proqram 2007-2013-cü illəri əhatə edən proqramın məqsədi gənclər arasında Avropa Vətəndaşlığı konsepsiyasını, həmrəylik və tolerantlığı yaymaqla gələcəkdə Birliyin onlar tərəfindən formalaşdırılmasını təmin etməkdir. Hər il gənclər təşkilatları tərəfindən müraciət edilmiş layihələrdən seçilənlərin maliyyələşdirib.

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 


17.10.2014 13:23