Birlik “Gender bərabərliyində region gənclərinin rolu” adlı beynəlxalq təlim kursunda təmsil olunur


21-29 sentyabr, 2013-cü il tarixlərində "Gələcəyə Körpü" GİB-in 5 fəal üzvü Ukraynanın Lviv şəhərində "İskra" Gənclər İctimayi Birliyi tərəfindən təşkil olunan “Gənclər Fəaliyyətdə” (“Youth in Action”) mübadilə proqramı çərçivəsində "Gender bərabərliyində region gənclərinin rolu" mövzusunda təlim kursunda  Birliyi və ölkəmizi təmsil edirlər.

Təlim kursunun həyata keçirilməsində əsas məqsəd kişi və qadın bərabərliyinə olan etimadın inkişafı çərçivəsində gənclərin fəaliyyətini artırmaq, Proqram və Avropa ölkələrindən olan gənclərin öz adət-ənənələrini, təcrübələrini və ölkələrindəki "gender bərabərliyi"nin real vəziyyətini bir-birilə bölüşmək üçün onları bir araya gətirmək, xüsusilə gənclər üçün daha az imkan olan region yerlərində "Gender" mövzusunu daha da qabartmaq və gəncləri məlumatlandırmaqdır.

Təlim müddətində gənclər ölkələrdəki "Gender"in real vəziyyəti haqqında müzakirələr edəcək, hansı yollarla öz ölkələrindəki "Gender" bərabərliyinə etimadın artırılması üçün planlaşdırma işinin gücləndirilməsini, həyata keçirilməsini və qiymətləndirilməsini öyrənəcəklər. Təlimdə 6Avropa İttifaqı, Şərqi Avropa və Qafqaz regionu ölkələrini (Ukrayna, Azərbaycan, Türkiyə, Gürcüstan, İtaliya, Rumuniya) təmsil edən 30 nəfər gənc iştirak edir.




Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi


20.09.2013 10:11