Birlik daxili fəaliyyətlərinə görə seçilən gənclər mükafatlandırıldı


9 Sentyabr 2017-ci il tarixində Birliyin üzvləri və könüllülərinin İcraçı Direktor Hüseynxan Hacızadənin iştirakı ilə görüşü reallaşdırıldı.

Görüşün təşkil olunmasında məqsəd “Ayın Fəal Gənci” nominasiyası üzrə keçirilən müsabiqənin nəticələrini açıqlamaq və qalibləri mükafatlandırmaqdı.

Avqust ayının nəticələrinə əsasən Birlik daxili fəaliyyətlərində fərqləndiklərinə görə “Ayın fəal gənci” nominasiyası üzrə  Elşad Nağıyev və Xalidə Əliyeva seçildi. Qaliblər sertifikat və hədiyyələrlə təltif olundular.

Tədbir zamanı könüllülərin və klubların fəaliyyəti ilə bağlı müzakirələr aparıldı, gənclərin istək və ideyaları, təklifləri dinlənildi.

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

 


24.09.2017 00:20