Birlik nümayəndəsi “Gənc liderlər üçün seminar”da iştirak edib


Gürcüstanın Kvareli şəhərində təşkil olunan “Gənc liderlər üçün seminar” adlı beynəlxalq layihədə  “Gələcəyə Körpü” Gənclər İctimai Birliyini və Ölkəmizi Avropa Könüllülük Xidməti (EVS) üzrə Birliyin Koordinatoru Hüseynxan Hacızadə təmsil edib.

2-8 Fevral 2015-ci il tarixlərini əhatə edən layihənin məqsədi gənclərlə iş sahəsində qeyri-formal təhsil metodlarından istifadə bacarıqlarının inkişaf etdirmək, layihələrin yazılması və idarə edilməsi bacarıqlarının artırılması, layihələrin planlaşdırılmasında hədəf qruplarının ehtiyaclarının nəzərə alınması və araşdırmaların vacibliyi məsələlərini diqqətə çatdırmaqdı.

Ümumilikdə layihədə müxtəlif ölkənin təmsilcisi olan 20 gənc iştirak edib.

 



Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi



09.02.2015 17:24