Birlik Nümayəndəsi Texniki Alyansın Görüşündə İştirak Edib.


7-10 Mart 2014-cü il tarixlərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Beynəlxalq iş düşərgələri üzrə koordinatoru Turan Əhmədov Türkiyənin Antalya şəhərində baş tutan Avropa Könüllülük Xidməti Təşkilatları Alyansının Texniki görüşündə iştirak edib.

Görüşün təşkil olunmasında əsas məqsəd Alyans üzvləri arasında yeni layihələrin müzakirə olunması və əməkdaşlıq müqavilələrinin imzalanmasıdı.

Birliyin kooordinatoru görüş zamanı 50-dən artıq təşkilatın nümayəndəsi ilə müzakirələr edib, yeni əməkdaşlıq müqavilələri imzalayıb.

Qeyd edək ki, Alyansın Texniki görüşündə 50 ölkədən 80 təşkilatdan 168 nəfər nümayəndə iştirak edib.

 

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 


11.03.2014 13:34