Birlik sədri Seymur Vəliyev Avropa Gənclər Konvensiyasında


27-30 Aprel, 2015-ci il tarixlərində Belçikanın Brüssel şəhərində Avropanın müxtəlif ölkələrindən 350 nəfərə yaxın iştirakçını bir araya gətirən, Avropa Gənclər Konvensiyası öz işinə start verdi. Konvesiyada Azərbaycan Nümayəndə heyətinin təkibində "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin Sədri - Seymur Vəliyev də iştirak edir. Konvensiyaya Avropa miqyasında müxtəlif ölkələrdən 200 nəfər gənc lider, Gənclər Nazirliklərindən 60 nəfər rəsmi nümayəndə, Erasmus+ Proqramının Milli Şuralarından 40 və 50 nəfər gənc tədqiqatçının qatılması nəzərdə tutulub.

Avropa Gənclər Konvensiyası gənclər işində  tamamlayıcı bilik, perspektiv və təcrübələrin gənclər tərəfindən müzakirə edilməsi və yeni qərarların qəbul edilməsi üçün Avropanın müxtəlif yerlərindən gəncləri toplayır. Nəzərdə tutulmuş əsas prioritet məsələlər: 2010-cu ildən bu günədək gənclər işi və siyasətində baş verən fəaliyyətləri qiymətləndirmək; gənclər işində yerli, milli və beynəlxalq səviyyədə baş verən çətinlikləri müzakirə etmək; gənclər işində fəaliyyət effektivliyini artırmaq məqsədilə fərqli gənclər qrupları arasında ümumi bir platforma hazırlanmasına nail olmaq və yenilənmiş strategiya, gündəlik və fəaliyyət planını bir daha nəzərdən keçirmək, yeni bilik və təcrübələrlə töhvə verməkdən ibarətdir.

Avropa Gənclər Konvensiyası ilk dəfə 2010-cu ildə Belçikanın Gent şəhərində təşkil olunub və həmin ildən başlayaraq 5 il sonra keçirilməsi planlaşdırılır. Konvensiya Avropa Şurası Nazirlər Komitəsinin Belçika nümayəndəliyinin rəhbərliyi çərçivəsində təşkil olunur.

İşgüzar səfər daxilində 1-2 May 2015-ci il tarixlərində Birliyin sədri Brusseldə  “Gələcəyə Körpü” və Gənclərin Mübadiləsi və Anlaşması Şəbəkəsi arasında gələcək əməkdaşlıq və planlar, eyni zamanda Gəncə 2016- Avropa Gənclər Paytaxtına dair məsələlər müzakirə olunacaq.

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 


28.04.2015 14:03