Birliyin Müzakirə Klubu Gəncləri bir araya toplayır


7 noyabr tarixində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində “Müzakirə Klubu” fəaliyyətə başlayır.

Müzakirə Klubunun yaradılmasında məqsəd  gənclərin asudə zamanlarını səmərəli və maraqlı təşkil etmək,  gündəlik, aktual olan mövzuların müzakirə olunmasıdı.

Mövzular şəhər əhalisi arasında aparılan sorğular və klub üzvlərinin seçimləri əsasında olacaq. Məsələlərə gənclərin baxışı, cəmiyyətə təsirləri müzakirə olunacaq. Klubda iştirak edən  gənclər fikirlərini çəkinmədən ifadə etmək, öz mövqelərini açıq şəkildə bildirmək şansı əldə edəcək, aktiv sosial ətraf qazanacaqlar.

Azərbaycanda fəal gənclərin iştirakını təmin etməklə, sağlam vətəndaş cəmiyyəti təsis etmək və gənclərin beynəlxalq səviyyədə ölkəmizi təmsil etməsinə yardım etmək- “Gələcəyə Körpü”nün  missiyasıdır. Birliyin nəzdində fəaliyyət göstərən klubların yaradılması və fəaliyyət göstərməsi bu missiyanı yerinə yetirir.

 

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 


07.11.2014 00:27